Magazin1
Aktyor boyunun qısa olmasından danışdı: Həkim səhv müalicə etdi
Aktyor Natiq Fərzəliyev "Bir gün" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, sənətçi boyunun qısa olmasının səbəbindən danışaraq bildirib ki, uşaqlıq illərində yaşadığı qorxu onun sağlamlığına təsir edib. Onun sözlərinə görə, 8 yaşında kənddə qorxudan sarılıq keçirib və daha sonra tətbiq edilən səhv müalicə nəticəsində fiziki inkişafı dayanıb.
Aktyor qeyd edib ki, 5-ci sinifdə olarkən Bakıya həkimə aparılıb və müalicə nəticəsində müəyyən qədər boy artımı müşahidə olunub. Daha sonra illər ərzində mütəmadi olaraq həkim nəzarətində qalıb, hətta Moskvada yerləşən məşhur tibb müəssisələrində də müalicə alıb. Bu proses nəticəsində onun boyu 1.45 metrə qədər yüksəlib.
Natiq Fərzəliyev etiraf edib ki, yeniyetməlik dövründə bu səbəbdən komplekslər yaşayıb və insanlardan uzaq durmağa çalışıb. Lakin sonradan ailəsinin dəstəyi ilə müxtəlif dərnəklərə qatılıb və həmyaşıdları ilə ünsiyyət qurmağa başlayıb. O bildirib ki, sinif yoldaşlarının sevgisi və dəstəyi bu çətin dövrdə ona böyük motivasiya verib.(Milli.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)









.jpg)


.jpg)


.jpg)
.jpg)










.jpg)


