Magazin1
"Ferrari" ilə qəza törədən azərbaycanlı reperin cəzası nə olacaq?
Rusiyada məşhurlaşan Navai ləqəbli azərbaycanlı ifaçı Nəvai Bəkirov Moskvada baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilib və sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, hazırda sənətçinin sürücülük hüququnun məhdudlaşdırılması ehtimalı nəzərdən keçirilir.
Hadisə mayın ötən gün axşam saatlarında Zubovski bulvarı ərazisində qeydə alınıb. Dövlət qeydiyyat nişanı olmayan qara rəngli "Ferrari" markalı avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə fırlanıb və yol kənarındakı dirəyə çırpılıb.
Sənətçi açıqlamasında bildirib ki, avtomobili yaxın vaxtda əldə etdiyi üçün ona hələ dövlət qeydiyyat nişanı quraşdırılmayıb. O, yüksək sürətlə hərəkət etmədiyini, qəzanın isə texniki səbəblərdən — keyfiyyətsiz təkərlərdən qaynaqlandığını qeyd edib. Daha sonra isə avtomobilin icarəyə götürüldüyünü açıqlayıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. (Axşam.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)









.jpg)


.jpg)


.jpg)
.jpg)










.jpg)


