Magazin1
Toyda əsas onların istəyidir, bibi, xalanın yox - Xəyyam Mustafazadə
“Toy hər zaman insanın düşündüyü kimi alınmır. Mən bir toy dəvəti qəbul edəndə mütləq bəy və gəlinlə görüşürəm. Onlara deyirəm ki, bu toyun sahibləri sizsiniz və hər şey sizin zövqünüzə uyğun olmalıdır. Bibi, xala, dayının öz toyları olub. Bəzən görürsən qonaqlar gəlib hansısa mahnını sifariş edirlər, bu normaldır. Amma əsas olan bəy və gəlinin istəyidir”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xəyyam Mustafazadə “Sevilən səhər” proqramında deyib. Müğənni toy adətləri və məclislərdə musiqi seçimi ilə bağlı fikirlərini bölüşüb:
“Toyda çalışıram daha çox həzin musiqilər səsləndirim, səs də yüksək olmasın. İnsanlar toyda da, yasda da bir araya gəlirlər, ona görə sakitlik vacibdir. Hamı rəqs edəndə, bəy və gəlin meydana çıxanda musiqinin səsini artırmaq olar. Amma elə toylar olur ki, insan evə gedəndə qulaqları tutulur, səhər 5-ə qədər yata bilmir”.
Sənətçi sosial şəbəkələrdən istifadəsi ilə bağlı da danışıb:
“Sosial şəbəkələrdə çox aktiv deyiləm. Son vaxtlar dostlarımın təkidi ilə bir qədər aktiv olmağa çalışıram. Bizim sənətdə insanın yanında onu yönləndirən biri olmalıdır”.(Axşam.az)
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı




































