Magazin1
"Anam ölən günün səhərisi səhnəyə çıxdım"
Əməkdar artist Anar Heybətov səhnə həyatı ilə bağlı duyğusal etiraflar edib.
Publika.az xəbər verir ki, aktyor "Günə uğurla" verilişində yaxınlarını itirdiyi günlərdə belə səhnəyə çıxmaq məcburiyyətində qaldığını deyib:
"2011-ci il iyunun 4-də anam dünyasını dəyişdi. Ayın 5-də premyerada oynamalı idim. Tamaşanı oynadım. Atam, hətta əmim rəhmətə gedəndə də premyera günü idi. Səhnəyə çıxmağa yarım saat qalmış ölüm xəbərini eşitmişdim. Çıxıb tamaşanı oynadım.
Azər Paşa Neymətov teatrın rəhbəri idi. Onun vəfat etdiyi gün “Ölülər” tamaşasını oynamalı idik. Ayın 7-də görüşdük, dedim ki, 9-da görüşərik. Sonra maraqlı şəkildə "qismət" dedi. Mən fərqinə varmadım. Tamaşa günü saat 5 radələrində internetdə onun vəfat etdiyini oxudum. İnanmadım, düşündüm yalandır. Sonra anladım ki, onu həmin gün teatrda heç görməmişəm. Həmin gün də tamaşanı təxirə salmadıq, oynadıq".
Aktyor bildirib ki, tamaşaçı qarşısında məsuliyyət hissi onları ən ağır günlərdə belə səhnəyə çıxmağa vadar edir:
"Tamaşaçının günahı yoxdur, bilet alıb gəlir. Bəzən yüksək hərarətlə də oynamışıq. Teatrda səhnəyə çıxanda bütün dərdini unudursan. Səhnədən enəndən sonra isə yenə dərdinlə baş-başa qalırsan". (Axşam.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)















.jpg)
.jpg)









.jpg)


