Magazin1
Aytən Səfərova anasından danışıb kövrəldi: Qardaşımın vəfatından sonra
“Qardaşımın vəfatından sonra anamın səhhəti hər il bir az da geriləyib. Son vaxtlar isə vəziyyəti daha da pisləşib, tez-tez tutmaları olur, yeriməsi də çətinləşib”.
Publika.az xəbər verir ki, bunu aparıcı Aytən Səfərova sosial şəbəkədə anası ilə paylaşdığı videoda deyib. O, daha sonra anası ilə bağlı duyğusal fikirlərini bölüşüb:
“Nadir hallarda anamın videosunu çəkirəm, çünki bunu çox da xoşlamır. Deyir ki, "Şagirdlərimdən utanıram, məni belə görməsinlər. Həmişə saçımı daramışam, üz-gözümə əl gəzdirmişəm ki, şagirdlərimin qarşısında səliqəli olum və onların xatirəsində gözəl qalım".
Mən onunla fəxr edirəm. Ana, səni çox sevirəm, başımın tacısan. Mən anama borcluyam. Qəribçilikdə, Rusiyada, Sibirdə olarkən belə, evdə rus dilində danışmağa icazə verməzdi. Deyirdi ki, "Canınız çıxsın, öz doğma ana dilinizdə danışın". Cəmiyyətdə hamı rus dilində danışanda belə, biz evdə rusca danışanda anam sanki eşitmirdi. Deyirdi ki, "Sizin ana diliniz var — Azərbaycan dili. Bu dildə danışın". Anamın kitabları, başımın üstündə dayanıb məni tənbeh etməsi sayəsində bu gün mən Aytənəm.
Anaları qoruyun. Bəzən böyüyəndən sonra iş-güc, qaçaqaş olur, "vaxt yoxdur", "sonra zəng edərəm" deyirik və bəzən unuduruq. Amma ana və ata müqəddəsdir. İnsana valideyn bir dəfə verilir. Allah yaxşı valideynlərimizi qorusun.
Ana, səni sevirəm. Analar xoşbəxt olsun. Dünyadan köçənlərin ruhu şad, həyatda olanların isə canı sağ olsun”. (Axşam.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)
















.jpg)
.jpg)








.jpg)


