Magazin1
"İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı"
"O qədər çətinliklər yaşamışam ki... Amma övladıma hər şey etməyin tərəfdarı deyiləm. Fərqli düşünürəm. İnsan özü çətinlik yaşayıb, hər şeyn qədrini bilir. İstəyir uşağı çətinlik görməsin, 30 minlik maşın alır ki, universitetə onunla getsin. Belə düşünmürəm. Uşaq bundan başqa nəticə alır. Bilmir ki, ata əziyyətlə böyüyüb. Başlayır dərsdən yayınmağa, gedir gəzir. Bir vaxt valideyn olmayanda da qalır ortalıqda".
Publika.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Efirdən kənar" proqramında deyib. Aktyor valideynlərin uşaqlara rahat həyat vermsini tənqid edib:
"Belə uşaqlar çox idi. Əhatəmdə varlı uşaqlar olub ki, indi heç nəyə nail olmayıblar. Uşağa hər şeyi normada etməlidir. Uşaq hiss etməlidir ki, atam kimi əziyyət çəkməli, qurmalı, nəsə yaratmalıyam".
Müşviq qazandığı ilk puldan söz açıb:
"İlk konsertdən 150 dollar qazandım. İlk dəfədir belə pul görürdüm. Ağlıma gəldi ki, səhərə qədər yeyib içəcəyik, stolda hər şey olacaq. 100 dolları xırdaladım, cibimdə pul partlayırdı. Qışda pomidor nədir bilmirdik. Girdim marketə pomidor, xiyar, meyvə, hər şey aldım. Səhərə qədər yedik, içdik, anama pul göndərdim. Həmin masanın dadı hələ də ağzımdadır". (Axşam.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)
















.jpg)
.jpg)








.jpg)


