Magazin1
Səmra Rəhimlidən sərt reaksiya: 15 il sonra necə azad ola bilər?! - FOTO
Müğənni Səmra Rəhimli Füzuli rayonunda doğma qızına qarşı zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Famil Ramilova 15 il həbs cəzası verilməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, sənətçi paylaşımında cəzanın az olduğunu vurğulayaraq ölüm hökmünün tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib. O bildirib ki, bu cür hadisələrin qabardılmasının və cəzanın daha ağır olmasının tərəfdarıdır:
“Bir qızın məhv olmuş həyatının qarşılığı cəmi 15 il həbs cəzası ola bilməz. 15 il sonra bu insan normal biri kimi cəmiyyətdə və azad necə ola bilər?! Ölüm hökmü artıq mütləqdir, belə insanlıqdan çıxmışlara... Belə mövzular olanda susun, yaxşı? Diliniz-ağzınız ancaq qeybətə, kim nə yedi, nə içdi, kim haradadır və sair kimi mövzularda işləsin. Amma belə mövzularda susun. Utanmayın, deyin ki, qız özü günahkardır. Hələ bilmədiyimiz və bəlkə də heç vaxt bilməyəcəyimiz nə qədər murdar işlər baş verir bağlı qapılar arxasında”.(Axşam.az)

-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama







.jpg)

_(1).jpg)


























