Magazin1
Meyxanaçı sənətdən uzaqlaşmasının səbəbini açıqladı
Meyxanaçı Namiq Qaraçuxurlu kişi həmkarlarının paxırını açıb töküb. Publika.az xəbər verir ki, ATV telekanalına müsahibəsində o, biri-birinə lağ edən şou əhlinin özlərinin gülməli vəziyyətdə olduğunu bildirib.
“Kişi sənətçilər var ki, saçına rəng qoyur. Bunu da normal qarşılayır. Deyir ki, saçım ağarmışdı, rənglədim. Amma baxırsan ki, burnunu əməliyyat etdirən müğənni barədə pis danışır. Əməliyyatın ayıb olduğunu bildirir. Sənin üçün saç rəngləmək ayıb deyilsə, onun üçün də burnunu əməliyyat etdirib, üzünü dartdırmaq ayıb deyil. Mən belə şeylərə lağ etmərəm. Allah adamın öz başına gətirə bilər”.
Meyxanaçı özünün lağ etdiyi həmkarlarından da danışıb:
“Mən normal dodağı, yanağı olanın dodağına, yanağına silikon doldurmasına lağ edə bilərəm. Bunu qadın edirsə, təəssüflənərəm, kişi edirsə, lağ edərəm”.
Şou əhlinin ikiüzlü olduğunu, yalandan bir-birilərinin üzünə gülüb, arxasınca danışdığını söyləyən Qaraçuxurlu gördüklərindən bezdiyini dilə gətirib. Sənəti də məhz bu üzdən tərk etdiyini etiraf edib.
“Mən artıq şou biznesdən kənara çəkilmişəm. Bunu bilməyinizi istəyirəm. Uzun müddətdir efirə də çıxmıram. Artıq səbrim çatmır”.
İsa Şükürov
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO