“Biznesmen” filminin təqdimatı keçirildi - FOTOLAR
Bizi izləyin

Magazin1

“Biznesmen” filminin təqdimatı keçirildi - FOTOLAR

Çoxdan gözlənilən “Biznesmen” filminin qala gecəsi ötən gün Nizami Kino Mərkəzində baş tutub.

Publika.az xəbər verir ki, qala gecəsinə filmin aktyor heyəti ilə yanaşı, bir sıra yerli ulduzlar da dəvət olunub. Tədbirə ölkəmizin sayılıb-seçilən müğənni və aparıcıları da qatılıb. Onların arasında xalq artisti Flora Kərimova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcılar Zemfira Adıgözəlova, Vüsalə Kərimova, Hacı Nuran, müğənnilər Aysel Əlizadə, Emil Bədəlov, Sevinc Səfərova, Yaşar Cəlilov və digərləri olub.

Təqdimat mərasimində çıxış edən filmin rejissoru Nail Naiboğlu çəkiliş prosesindən danışıb:

“Ekran işi 6 aya ərsəyə gəlib. Çəkiliş prosesi isə heç də asan başa gəlməyib. Çətinliklərlə üzləşdim. Ancaq peşəkar heyətin sayəsində bütün çətinliklərin öhdəsindən gəldim. Bu işdə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Filmdə yaddaqalan obraz yaradan xalq artisti Arif Quliyev də filmlə bağlı təəssüratlarını bölüşüb.

“Nail Naiboğlu məşhur klipmeykerdir. “Biznesmen” film sənayesində onun debüt işidir. Özüm isə ikinci dəfədir ki, Ramiz Abdullayevin əsəri əsasında lentə alınan filmdə rol alıram. Rolum kiçik olsa da, özünü nümayiş etdirə bilmək üçün kifayət qədər imkanlar var”.

Qeyd edək ki, filmin baş rolunun ifaçısı isə teleaparıcı Anar Nəcəflidir. Bundan başqa filmdə xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, teleaparıcı Kamran Quliyev, stilist Anar Məmmədov, falçı Yeganə, rəqqasə Fatimə Fətəliyeva, müğənni Kəmalə Qaramollayeva, reper Qurd və digərləri rol alıb.

Publika.az qala gecəsindən fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm