Magazin1
Cavanşir Məmmədov: “Çox sevmişəm, sevilmişəm”
Müğənni Cavanşir Məmmədov sevgililərindən danışıb. “Günaydın” verilişinin qonağı olan ifaçı sevginin yaşının olmamasından da söhbət açıb.
“İnsan var ki, azadlıqda özünü həbsə salır. Elə olur ki, insanın cibində pul olmur. Evdən çıxa bilmir. Bu, insanın azadlığına məhdudiyyət qoyur. Mirzə Ələkbər Sabir demişkən, “Fəhlə, sən də özünü insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan”? O, pulsuzluğun nəyə qadir olduğunu fəhlənin simasında ifadə edib. Yəni, insanın imkanı olmayanda heç yana gedə bilmir. Pul kimi, sevgi də insana məhdudiyyətlər qoyur. Sevgilin varsa, lap ailəli də ola bilərsən, sevgi bataqlıq kimi bir şeydir. Sevginin açmasını yaza bilən alim olmayıb. Mən sevmişəm də, sevilmişəm də. Onun nəticələrini, fəsadını, yaxşısını, pisini görmüşəm. Sevginin isə dəfəsi çoxdur. Mən çox sevmişəm. Sevgimin isə nəticəsi çox gözəldir. O da mənim ailəmdir”.
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir

































