Magazin1
Fransız bəstəkarının “Xocalı-613” əsəri Bakıda təqdim ediləcək
İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fransız bəstəkarı və “L’Amoureux” orkestrinin bədii rəhbəri Pyer Tiloyun “Xocalı-613” əsərinin təqdimatı keçiriləcək.
Əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri tərəfindən səsləndiriləcək.
Fransada və Avropanın digər ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə fikirlərini bölüşən Pyer Tiloy bildirib ki, 2001-ci ildə Azərbaycanda ilk dəfə olarkən Xocalı soyqırımı barədə eşidib və çox təsirlənib. O, “Xocalı-613” əsərinin 1992-ci il fevralın 25-dən 26-na gecə keçən Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin xatirəsinə həsr olunduğunu qeyd edib. Bəstəkar bu əsərin sülhə və belə faciənin bir daha törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi