Magazin1
Fərda: “Məni həbs etdilər, döydülər...”
Yumorist Fərda Xudaverdiyev “Günaydın” verilişində həbs olunması xəbərinə aydınlıq gətirərək çətin günlərdə dostlarını tanıdığını bildirib:
“Axır zamanlar mətbuat gündəmdə olan insanları “vurmağa” çox meyllidir. Viruslar, həşəratlar tökülüb sosial şəbəkələrdə oturublar. 15 ildir ki, səhnədəyəm. Yeganə aktyoram ki, təkbaşına saat yarımlıq monoloqlarla çıxış etmişəm. Bu haqda heç saytlarda geniş informasiya oxuya bilməmişəm. Sanki hər kəsin büdrəməsini gözləyirlər. İşi, sənəti işıqlandırmaq lazımdır. Kimsə büdrəyəndə tanışı olduğu saytlara zəng edib “xəbər var, yaz yıxaq-sürüyək” deyənlər çoxdur. Məni heç kəs tutmayıb. Mənim kreditə aldığım avtomobil sonradan başqa birisinə satılıb. Sadəcə, addan-ada keçirmək mümkün deyil. Sadəcə, bir nəfərə etibar edirsən və həmin şəxs sənin yerinə ödənişləri davam etdirir. Həmin şəxs də yoxa çıxmışdı. Sonradan bəlli oldu ki, həmin şəxs Azərbaycanda deyil. Avtomobil isə bölgələrdən birində olub. Adamı tapmaq xeyli vaxt çəkdi. Müqavilənin vaxtı isə bitmişdi. Mən də həmin adamı axtarırdım. Film çəkilişləri ilə bağlı Türkiyəyə uçmalı idim. Hava limanında pasportumu təqdim edəndə məlum oldu ki, mənə ölkədən çıxmağa qadağa qoyulub. Orada məsələni araşdırdıq. Mənim qaçası yerim də yoxdur. Bütün işim-gücüm Azərbaycandadır. Ay məni saxladılar, həbs etdilər, döydülər... Yalandır! “Facebook”a girəndə artıq yazılanları gördüm. Amma nə olur, yaxşılığa olur. Bu günlərdə cib dostlarını tanıdım. Necə ki, ayağım bir balaca büdrəyəndə siz yanımda olmadınız, bundan sonra da mən sizin yanınızda olmayacağam”.
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.
İsa Şükürov
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu