Bred Pitt Ancelina Coliyə sevgisini belə göstərdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Bred Pitt Ancelina Coliyə sevgisini belə göstərdi - FOTOLAR

Hollivudun 51 yaşlı yaraşıqlı aktyoru Bred Pitt uşaqlarının və həyat yoldaşı Ancelina Colinin baş hərfini qoluna yazdırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun sağ qoluna yazdırdığı döymə uzun üstəgəl işarəsi, A və "MPZSVK" hərflərindən ibarətdir. A - Ancelina Colinin adının baş hərifini bildirir. Aktyor bu addımı ilə həyat yoldaşına olan sevgisini göstərib.

Bred uşaqlarının (Pitt Maddoks, Pax, Zahara, Shiloh, Vivienn və Knoks) adlarının baş hərflərini qoluna yazdırıb.

Xatırladaq ki, Ancelina Coli də övladlığa götürdüyü uşaqlarının doğum tarixlərini və coğrafi koordinatlarını bədəninə yazdırmışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm