Colinin filmini bəyənmədilər
Bizi izləyin

Magazin2

Colinin filmini bəyənmədilər

Tənqidçilər aktrisa Ancelina Colinine həyat yoldaşı Bred Pittlə yeni səhnələşdirdiyi "By The Sea" filmini "boş layihə" adlandırıb.

Şəxsi münasibətlərdən bəhs edən dram filminin ssenarisini Coli yazıb. O, həm də filmə rejissorluq edib.
Film Los Angelesdə Amerika Film İnstitutunun Film Festivalının açılış tədbirində təqdim edilib.

Hollywood Reporter xəbər saytı filmi "monoton dram" adlandıraraq "çox uzun" olduğunu qeyd edib.
Variety bildirib ki, film "qəlbi və beyni yaxşı qarışdıra" bilməyib.

Jurnal filmə "1970-ci illər bədbəxt amerikan cütlüyünün Malta sahilində istirahəti zamanı şeytanlarından qurtulmaq cəhdi" kimi qiymət verib.

Screen Daily isə bildirib ki, filmin ulduzlarının "mağar cəlbediciliyi olduğu üçün onun diqqət toplayacağına əminlik var".

Bu, cütlüyün 2005-ci ildə "Mr və Mrs Smith" filmindən sonra birgə oynadığı ikinci, Jolienin isə rejissor kimi üçüncü filmidir.

Coli 2011-ci ildə In The Land of Blood and Honey, 2014-cü ildə isə Unbroken filmlərini səhnələşdirib.
The Wrap isə bildirib ki, bu filmlə Colinin rejissor kimi reputasiyası "nə enəcək, nə də artacaq".
Film ABŞ-da 13 noyabrda, Böyük Britaniyada isə 11 dekabrda kütləvi nümayişə buraxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm