Onların dişləri əslində, qorxulu olub – FOTOLAR
Bizi izləyin

Magazin2

Onların dişləri əslində, qorxulu olub – FOTOLAR

Tanınmış psixoloq və yazar Deyl Karneqi hesab edir ki, təbəssüm cəlbedici imicin yaradılmasında əsas komponentdir. Çünki təbəssüm müsbət enerji ötürüb həmin adam haqqında xoş fikir formalaşdırır. Təbəssüm, eyni zamanda, pozitiv görünmək bacarığı, hər kəsə müsbət enerji ötürmək qabiliyyətidir. Elə buna görə də, XX əsrin 50-ci illərində “Hollivud təbəssümü” ulduz davranışında önəmli yer tutur. Təbəssümün effektli alınması təbii ki, dişlərdən asılıdır.

“Hollivud təbəssümü”-nə sahib olmaq üçün diş həkimlərinə sərvət ödəyən məşhurların sayı heç də az deyil. Dişlər insanın xarici görkəmini gözəlləşdirir, karyerasında da vacib rol oynayır.

Publika.az xəbər verir ki, heyranı olduğumuz bir çox ulduzun dişləri əvvəllər çox eybəcər olub. Dişlərini düzəltdirən məşhurlar arasında Tom Kruz, Viktoriya Bekhem, Corc Kluni, Culiya Roberts, Zak Efron, Demi Mur, Ben Afflek kimi dünya ulduzları var. Onlardan kimi dişləri üçün 30 min dollar, kimisi də 40-50 min dollar xərcləməli olub.

Ulduzların diş əməliyyatından əvvəl və sonra çəkilmiş müqayisəli şəkillərini təqdim edirik.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm