İtaliyanı “Eurovision-2016”-da Françeska Mikielin təmsil edəcək
Bizi izləyin

Magazin2

İtaliyanı “Eurovision-2016”-da Françeska Mikielin təmsil edəcək

İtaliyanı “Eurovision-2016” mahnı müsabiqəsində gənc ifaçı Françeska Mikielin təmsil edəcək. Bu barədə İtaliyanın ictimai radio və televiziya şirkəti olan “RAİ” xəbər verib.

Ötən il olduğu kimi, bu il də “Eurovision” mahnı müsabiqəsində İtaliyanı təmsil etmək hüququ San-Remo festivalının qalibinə verilib. Cari il 66-cı dəfədir keçirilmiş müsabiqə “Stadio” qrupunun final mərhələsində birincilik qazanması ilə başa çatıb. Beləliklə, qrup İtaliyanı “Eurovision-2016”–da təmsil etmək hüququ əldə edib. Lakin, qrupun üzvləri bəyan ediblər ki, onlar artıq qastrol səfərlərini planlaşdırıblar və yarışmada iştirak edə bilməyəcəklər. Bu səbəbdən, İsveçin paytaxtı Stokholmun “Qloben” arenasında keçiriləcək müsabiqədə İtaliyanı təmsil etmək San-Remo festivalının ikincisi 21 yaşlı Françeska Mikielinə təklif edilib. Onun yarışmaya hansı mahnı ilə qatılacağı hələlik məlum deyil.

Françeska Mikielin 2012-ci ildə İtaliyada keçirilmiş “X Factor” yarışmasında birincilik əldə edib və şounun tarixində ən gənc mükafatçı kimi yadda qalıb. Cari il keçirilmiş San-Remo festivalında isə ifa etdiyi “Nessun grado di separazione” mahnısı ilə ikinci yeri tutaraq musiqi karyerasında önəmli nailiyyət əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm