Yeni Ceyms Bond kim olacaq? - FOTOLAR
Bizi izləyin

Magazin2

Yeni Ceyms Bond kim olacaq? - FOTOLAR

“Ceyms Bond”un növbəti filmlərində baş rolda hansı aktyorun çəkiləcəyi həmişə maraq doğrurub.

Publika.az xəbər verir ki, bu marağı nəzərə alaraq sorğu keçirilib. Sorğu iştirakçılarına “Növbəti Ceyms Bond kim olsun?” sualı qoyulub və nəticə maraqlı olub. Belə ki, sorğu nəticəsində siyahıda birinci yeri 38 yaşlı Tom Hardi tutub. Amerikalı aktyor axırıncı dəfə “The Revenant” adlı filmdə rol alıb və Oskara namizəd göstərilib.

Siyahıda ikinci olan aktyor isə hazırda “War and Peace” adlı serialda rol alan Ceyms Nortondur. Bundan başqa, Demien Lyuis, Henri Kavill, Maykl Fessbender və İdris Elba kimi məşhur aktyorların da adı siyahıda öz əksini tapıb.

Qeyd edək ki, ard-arda 4 seriyada rol alan 47 yaşlı aktyor Deniel Kreyq ötən il “bir daha Ceyms Bond olmaqdansa, biləklərimi kəsməyə üstünlük verərəm”, - deyərək gündəmə gəlmişdi. O, ötən il Monika Beluççi ilə kamera qarşısına keçdiyi “Spectre” filminin çəkilişləri zamanı dizindən yaralanmış və əməliyyatlıq olmuşdu. Deniel Kreyq yeni mövsümdə “Purity” adlı serialda rol alacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm