Primadonnanın erotik videosunun təfərrüatları məlum oldu – FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Primadonnanın erotik videosunun təfərrüatları məlum oldu – FOTO/VİDEO

67 yaşlı müğənni Alla Puqaçovanın hamamda çəkilmiş yarıçılpaq videosunun təfərrüatları məlum olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, primadonnanın erotik videoçarxının birinci kanalın efirində yayımlanması sosial şəbəkələrdə müzakirə mövzusu olub. Məlum olub ki, xalq artisti həyat yoldaşı Maksim Qalkinin "MaksimMaksim" adlı yeni şou proqramının reklam çarxı üçün yarıçılpaq görüntülənməyə razı olub.

Layihənin çəkiliş qrupunun sözlərinə görə, Puqaçovanı hamamda bu şəkildə göstərmək ideyasını teleşounun prodüserləri fikirləşib. Mənbə onu da bildirib ki, Alla bu təklifi öyrənən kimi dərhal razılaşıb və "Parlaq ideyadır!” deyə qışqırıb. Çəkilişlər zamanı suyun temperaturunu özü tənzimləyib, həmçinin köpükləri şəxsən hazırlayıb.

Mənbənin sözlərinə görə, 67 yaşlı müğənni vannada tam soyunmağa cəsarət etməyib. Reklam çarxında hiss olunmasa da, o, vannada kupalnikdədir. Alla Puqaçovanı utandırmamaq üçün çəkiliş qrupu bu səhnəni qadın operatorun çəkməsini təklif edib. Çəkiliş zamanı müğənninin həyat yoldaşından başqa otağa heç kim daxil olmayıb. Hətta qrim ustasına da otağa daxil olmaq qadağan edilib. Epizodun çəkilişləri zamanı otaqda yalnız Maksim Qalkin olub.

Müğənni hamam otağında köpüklü vanna qəbul edərkən Qalkin "Karib dənizinin quldurları" filmindəki Cek Vorobya obrazında otağa girir. Reklam çarxı cütlüyün qəsrində çəkilib.

Yeni yumoristik şou "МаksimMaksim" 1-ci kanalda yayımlanacaq.

Çılpaq görüntülənən müğənninin bu addımı həyat yoldaşının verilişinin reytinqini artırmaq üçün atdığı da deyilir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm