34 yaşlı model 5-ci dəfə ana olub - FOTO
Bizi izləyin

Magazin2

34 yaşlı model 5-ci dəfə ana olub - FOTO

Dünən “Çılpaq ürək" fondunun yaradıcısı və tanınmış rusiyalı model Natalya Vodyanova 5-ci dəfə ana olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı modelin fransalı oliqarx Antuan Arnonun daha bir oğlu dünyaya gəlib. Cütlük yeni doğulan körpəyə Roman adını verib. Ana ilə körpə artıq xəstəxanadan evə buraxılıb.

N.Vodyanova ana olması xəbərini mətbuatdan gizlətmək fikrində deyil. O, instaqram səhifəsində oğlunun ayaqlarının fotosunu paylaşıb və səhhətinin yaxşı olduğunu qeyd edib:

“Oğlum artıq öz bacı və qardaşlarının vasitəsilə dünyanı dərk etməyə başlayıb. Onun atası Antuan isə oğlu ilə çox fəxr edir. Mən yorulsamda, özümü çox xoşbəxt hiss edirəm və bir az dincəlmək ümidi ilə yayı gözləyirəm. Təbriklərə və xoş sözlərə görə, hər kəsə minnətdaram”.

Məlumat üçün bildirək ki, bu, 34 yaşlı Natalyanın 5-ci övladıdır. Modelin oliqarx Castin Portmanla nikahından Lukas və Viktor adlı oğlu, Neva adlı qızı var. “LVMH” şirkətlər qrupunun varisi və məşhur milyarderlə Antuan Arnoyla Natalya 2011-ci ildən görüşür, cütlük hazırda Parisdə yaşayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm