Tarkanın 1 günlük qazancı hamını ŞOKA SALACAQ - FOTOLAR
Bizi izləyin

Magazin2

Tarkanın 1 günlük qazancı hamını ŞOKA SALACAQ - FOTOLAR

Meqastar Tarkan sentyabrın 4-dən etibarən Açıq Hava Teatrında 7 günlük konsertlərinə start verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz bu konsertlərdən sərvət qazancaq. Dünən pərəstişkarları ilə ikinci dəfə görüşən Tarkanın konsertlərdən gündəlik qazancının 200 min TL (təxminən 100 min manat) olduğu ortaya çıxıb.

Ulduzun məkan icarəsi, dekorasiya, işıq və orkestr xərclərini çıxsaq, özünə bir konsertdən 200 min TL qalır. Qiymətləri 75 TL (35 manat) ilə 500 TL (250 manat) arasında dəyişən biletlərin də hamısı artıq satılıb.

Qeyd edək ki, pərəstişkarlarının tələbi ilə ulduz Açıq Hava Teatrındakı 7 günlük konsertini 3 gün uzatmağa qərar verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm