Həyat yoldaşı Tarkanla bağlı SİRLƏRİ AÇDI: “Evdə onunla...” - FOTOLAR
Bizi izləyin

Magazin2

Həyat yoldaşı Tarkanla bağlı SİRLƏRİ AÇDI: “Evdə onunla...” - FOTOLAR

Tarkanın həyat yoldaşı Pınar Dilək jurnalistlərə evliliyi və həyat yoldaşı haqqında maraqlı açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, Pınar Dilək müsahibədə Tarkanla 5 il sevgili olduğunu və evliliyinin onun üçün sürpriz olmadığını deyib: “Biz 5 ildir bir yerdəyik. Ona görə də münasibətlərimizi rəsmiləşdirməyə qərar verdik”.

Müğənninin xanımı “Tarkan pərəstişkarı ilə evləndi" kimi başlıqlarla çıxan xəbərlərə də münasibət bildirib. Pınar Dilek bu xəbərlərin doğru olmadığını vurğulayıb: “Yazıldığı kimi deyil. Böyük məhəbbətin nəticəsində, uzun müddət davam münasibətlərdən sonra evlənməyə qərar verdik. Keçən prosesi sizə izah edə bilmərəm, çox özəldir. Hazırda konsertə görə çox həyəcanlıyam. Kameraların işıqlarına da daha öyrəşməmişəm".

Tarkanın konserti üçün həyəcanlı olduğunu deyən "mega gəlin" onu bir azdan səhnədə görəcəyi üçün çox xoşbəxt olduğunu da dilə gətirib: “Evlənməzdən əvvəl də Tarkanı səhnədə izləyərkən çox həyəcanlanırdım. Evləndikdən sonra da həyəcanım heç keçməyib. Hisslər dəyişmir".

Pnar Dilək jurnalinstlərin "Tarkan necə həyat yoldaşıdır?" sualına "Çox təbii, çox təvazökar, çox nəzakətli və düşüncəli insandır. Əslində, səhnədə necədirsə, evdə də elədir" , - deyə cavab verib.

O, “Həyat yoldaşınızla özəl bir mahnınız varmı?" sualına isə cavab vermək istəməyib: "Var, amma söyləmək istəmirəm".

Burun əməliyyatı haqqında da danışan Pınar Dilek nəfəs problemləri və burun əti olduğunu söyləyib. O, həmçinin burnunun ucunda kiçik estetik əməliyyat keçiridiyini də etiraf edib.

Artıq küçədə gedərkən hər kəsin onu tanıdığını və onunla şəkil çəkdirmək istədiyini bildirən P.Dilək bundan narahat olmadığını deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm