Ərli qadınla sevişən ŞAHZADƏ - FOTOLAR
Bizi izləyin

Magazin2

Ərli qadınla sevişən ŞAHZADƏ - FOTOLAR

Şahzadə ərdə olan gözəllə görüşür - FOTOLAR

İngiltərə şahzadəsi Harri 4 aydır ki, Meqan Markl adlı xanımla sevgilidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük münasibətlərini ictimaiyyətdən səylə gizlətməyə çalışıb. Şahzadəyə yaxın mənbənin məlumatına görə, onların sevgisi dostluqdan başlayıb. Əvvəlcə sadəcə dost kimi yazışan cütlüyün arasında bir müddət sonra romantik münasibətlər yaranıb.

Harri və Meqan iyulun əvvəllərində Londonda dostlarının təşkil etdiyi məclisdə tanış olub. Bundan sonra ikilikdə iki dəfə görüşüblər. Sonra isə Harri aşiq olduğu xanımı saraya dəvət edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Mənbənin məlumatına görə, Meqanın iki kimsəsiz it götürüb saxlaması cütlüyü bir-birinə daha yaxınlaşdırıb. Harri bildirib ki, Meqan qayğıkeş insandır və xeyriyyəçiliklə məşğul olur.

Lakin məlum olub ki, Meqan bir dəfə ərdə olub. O, həyat yoldaşı Trevor Enqelsonla 2013-cü ildə boşanıb. Daha sonra o, restoranlar şəbəkəsi olan Kori Vitello adlı iş adamı ilə sevgili olub.

Məlumat üçün bildirək ki, şahzadə Harri 2004-ci ildən 2009-ci ilədək Çelsi Deyvi ilə, 2013-ci ilin yazında isə o, 2014-ci ildə ilə ayrıldığı Bonas Kressido ilə görüşüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm