Məşhur aktyor 61 yaşında 9-cu dəfə ata oldu - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktyor 61 yaşında 9-cu dəfə ata oldu - FOTOLAR

Məşhur aktyor 61 yaşında 9-cu dəfə ata oldu

Mel Gibson 61 yaşında 9-cu dəfə ata olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı ulduzun rəsmi nümayəndəsi Kimi təsdiqləyib. Aktyorla 26 yaşlı sevgilisi Rozalind Rossun ötən bazar günü Los-Ancelesdə oğlu dünyaya gəlib. Cütlük oğluna Lars Cerard Gibson adını qoyub.

Qeyd edək ki, Lars Cerard Rozalindin ilk, Mel Gibsonun isə sayca 9-cu övladıdır. Aktyorun əvvəlki münasibətlərindən 8 övladı daha var. Aktyorun keçmiş həyat yoldaşı Robin Murdan Hanna, Edvard, Kristiana, Uilyam, Lui və Milo, keçmiş sevgilisi Oksana Qriqorevodan isə Lyusiyu adlı bir qızı var.

Əvvəllər anonim mənbələr mətbuata bildirib ki, ata olmaq Mel Gibsonun xoşuna gəlir. Son iki ildə isə Rozalind onu çox xoşbəxt edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm