Məşhur aktyor 12 milyona malikanə aldı - - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktyor 12 milyona malikanə aldı - - FOTO

Aktyor və həyat yoldaşı malikanənin təmir işlərinə 15 milyon funt-sterlinq ayırıblar.

Məşhur Hollivud aktyoru Corc Kluni xanımı Amal Kluni ilə birlikdə 19-cu əsrdə tikilmiş malikanəni satın alıb.

Publika.az xəbər verir ki, İngiltərənin Berkşir vilayətinin Sonninq kəndində yerləşən malikanənin qiyməti 12 milyon funt-sterlinq dəyərindədir.

Aktyor və həyat yoldaşı malikanənin təmir işlərinə 15 milyon funt-sterlinq ayırıblar.

Məşhurlardan gələn maraqlı jest mediada gündəm olub. Beləki malikanəyə yaxın ərazidə yaşayan yaşlı qonşularını narahat etməmək məqsədilə malikanənin təmir işləri bitənədək aktyor yaxınlıqdakı "French Horn" otelində onlara nömrə bron edib.

Təmir ərzində yaşlı cütlüyün otel xərcləri ilə yanaşı, onların yemək məsrəflərini də tamamən öz üzərlərinə götürüblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm