• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Dahilərin seks haqqında fikirləri - "Kişilər yataqda xəyanət edərkən möhtəşəm olurlar” - FOTOLAR

  • Magazin2
  • 1 İyun 2017 01:40
  • 3 579 Baxış
Dahilərin seks haqqında fikirləri - "Kişilər yataqda xəyanət edərkən möhtəşəm olurlar”

Dahilərin gündəlik həyatda, məişətdə və intim həyatda yaşadığı hadisələr insanlar tərəfindən həmişə qəribə qarşılanıb. İnsanlar düşünür ki, elm adamlarının işdən kənar məşğuliyyəti ola bilməz. Çünki hamı elə bilir ki, onlar tam qüsursuz və nöqsansız insanlardır. Həqiqətdə isə bu fikirlər təbii ki, qeyri-mümkündür. Dahilər də bizim kimi insanlardır.

Publika.az sizə dahilərin seks haqqında fikirlərini qeyri-adi şəkildə əks etdirən aforizmləri təqdim edir:

İtaliyan yazıçısı Covanni Bokkaçço: Seks kəndlilərin 10 toyuğa bir xoruz verməsinə bənzəyir. Bir qadının istəklərini təmin etmək üçün isə 10 kişi belə kifayət etmir.

Amerikalı aktyor Stiv Martin: Qadınların sekslə məşğul olmaq istəyib də deyə bilmədiklərində üzlərində yaranan “o ifadə”ni bilirsiz də? Mən də bilirəm.

Hollivudun tanınmış kino ulduzu Ja Ja Qabor: Şəxsən mən seks haqqında heç nə bilmirəm. Özümü tanıyandan bəri ailəliyəm.

Amerikalı yazıçı Ralf Ualdo Emerson: Seks hər iki cinsi bir-birilə evləndməyə məcbur edən böyük bir qüvvədir.

Amerikalı yazıçı Levis Qrizzard: Əvvəl seksdən daha çox həzz almaq olurdu. Qadınlar intim münasibətlərdən həzz almağa başladıqdan sonra seks əvvəlki kimi maraqlı olmadı.

Amerikalı tədqiqatçı Klara Makmillen: Seks xəstəlikdir. Alfred (əri) ona maraq salandan üzünü belə görmürəm.

Amerikalı müğənni Bett Midler: Seks təbiətin qanunu deyil. İntim münasibətlər təbii proses olsaydı, onu öyrətmək üçün bu qədər kitablar yazılmazdı.

Amerikalı alim Henri Miller: Reinkarnasiyanın doqquz səbəbindən birinin seks olduğunu deyib.

Amerikalı yazıçı Klifford Odets: Seks yoxsulların polosudur. Mən yoxsul deyiləm.

Amerikalı aktrisa Şörli Maklayn: O qədər çox filmdə fahişə rolunda seks səhnələrinə çəkilmişəm ki, artıq heç kim mənə pulu normal şəkildə vermir.

İrlandiyalı şair Brendan Behan: Seks iki cür olur - pullu və pulsuz. İkisi arasında böyük fərq var. Havayı seks hər zaman daha çox həzz verir.

Amerikalı rejissor Vudi Allen: Seks kişi ilə qadın arasındakı ən gözəl ünsiyyət növüdür. Təbii ki, doğru kişi ilə doğru qadın arasında. Sekslə məhəbbətin də fərqi var. Seks gərginliyi azaldır, məhəbbət isə əksinə artırır.

Leonardo da Vinçi: Seksi nəsil artırma və ona aid olan xüsusiyyətlərlə xarakterizə etmək çox ürəkbulandırıcıdır. Seks qarşısı alınmaz instinklərlə dolu bir sənətdir. İntim münasibətlər olmasaydı, canlı təbiət məhv olardı.

İngilis yazıçısı Herbert George Uells: Səhər vaxtı oyanıb yazılarınızı yazıb günə davam etdiyiniz məqamda qəribə bir hiss gəlir. Bəzən bunu darıxmaq adlandırırlar. Lakin bu səhvdir. Bu hiss məhz seksin özüdür.

Amerikalı aktrisa Şeron Stoun: Qadınlar kişilərsiz belə seksdən həzz ala bilər. Amma kişilər bütün bu münasibəti yalandan yaşaya bilməz.

Merilin Monro: Bir qayda olaraq bütün kişilər yataqda xəyanət edərkən möhtəşəm olurlar.

Rusiyalı siyasətçi Vladimir Jirinovski: Seks gənclər üçündür. Əvvəl zövq aldığım hisslər indi mənim üçün çox ağır bir yükdür.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR