50 yaşlı kino ulduzundan hamiləlik sevinci - FOTOLAR
Bizi izləyin

Magazin2

50 yaşlı kino ulduzundan hamiləlik sevinci - FOTOLAR

Tanınmış Hollivud aktrisası Holli Berri ana olmağa hazırlaşır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı kino ulduzu dünən xeyriyyə gecəsində iştirak edib. Aktrisa tədbir üçün metal rəngində biserli don seçib. O, fotoqraflara poza verən əllərini nəvazişlə qarnına qoyaraq hamilə olması ilə bağlı yayılan xəbərləri bir daha təsdiq edib. Buna baxmayaraq hamilə olduğu barədə heç bir rəsmi açıqlama verməyib.

Digər maraqlı məqam uşağın atasının kimliyidir. Məsələ ondadır ki, aktrisa həyat yoldaşı Olivye Martineslə 3 il əvvəl ayrılıb. Ondan əvvəl isə model Qabriel Obri ilə evli olub. Ulduzun hər iki nikahından bir qızı var.

Xatırladaq ki, bu yaxınlarda mərhum ulduz Maykl Ceksonun bacısı Cannet Cekson da 50 yaşında ana olmuşdu.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm