Adriana Limanın 75 MİLYONLUQ SƏRVƏTİ
Bizi izləyin

Magazin2

Adriana Limanın 75 MİLYONLUQ SƏRVƏTİ

Adriana Lima Türkiyə gündəminə oturarkən, super modelin 75 milyon dollarlıq sərvəti haqda da mətbuata məlumatlar sızdı.

Publika.az xəbər verir ki, dünyanın ən gözəl qadınlarından biri olaraq qəbul edilən Adriana Lima türk yazıçısı Mətin Hara ilə olan münasibətindən dolayı heç olmadığı qədər gündəmdədir.

Metin Hara ilə birlikdə olduğu xəbərləri ortaya çıxmadan əvvəl, kitablarını oxuduğunu dilə gətiən Limanın, sən demə, əməlli-başlı sərvəti var imiş.

“Celebrity Net Worth” məlumatlarına görə, Limanın 75 milyon dollar pulu var.

1981-ci ildə Braziliyanın Bahia ştatında anadan olan Lima, daha 15 yaşında ikən avtomobil firmasının sponsor olduğu bir gözəllik müsabiqəsində adını eşitdirdi.

2000-ci ildən bəri “Victoria's Secret”in modeli olan Braziliyalı gözəl 2003-2009-cu illər arasında kosmetika firmasının reklam siması olub.

2012-ci ildə 8 milyon dollara bir malikanə alan model, katolik kilsəsi və yetimxanalara etdiyi ianələrlə də adından söz etdirə bilib.

2016-ci ildə qazandığı 10.5 milyon dollarla dünyanın ən çox qazanan ikinci süpermodeli ola bilmişdi.

10.7 milyon Instagram izləyicisi və 6.4 milyon Facebook heyranı olan Lima burada paylaşdığı məhsullardan də əməlli-başlı pul qazana bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm