Acun məşhur aparıcını məhkəməyə verir - FOTO
Bizi izləyin

Magazin2

Acun məşhur aparıcını məhkəməyə verir - FOTO

TV8 kanalının direktoru Acun Ilıcalı Fox TV-də yayımlanan "Zuhal Topalla süfrədə" adlı proqramın öz kanalında nümayiş olunan “Yemekteyiz”in təqlidi olduğunu deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişin ideya müəllifi olan şirkət Fox televiziyasına cinayət işi açmağa hazırlaşır. Bu barədə Acun Ilıcalı sosial şəbəkədə məlumat verib. O, Fox telekanalının baş direktoru Cenk Sonera müraciət edib:

“Üzülərək demək istəyirəm ki, “Fox TV”-də yayımlanan “Topalla sofrada” proqramı “Yemekteyiz”in təqlididir. Dünyanın ən böyük format şirkətlərindən ITV ölkəmizdə baş verən bu hadisəni əmək və ideya oğurluğu kimi qiymətləndirərək iddia qaldırmağa hazırlaşır. Cenk Sonerin bu yanlışlığa təcili son verməsini gözləyirik. Formatçıların əmək haqqını ödəyən prodüser və kanalları da bu haqsızlığa qarşı həssas olmağa dəvət edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm