Magazin2
Türkan Şorayı AĞLATDILAR – FOTO
Türk kinosunun Sultanı Türkan Şoray göz yaşlarına hakim ola bilməyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı aktrisa dünən Antalyada Muratpaşa Bələdiyyəsinin tikdirdiyi Türkan Şoray Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Tribunaya çıxış etmək üçün çıxan sənətkarı açılışa gələn izdiham gurultulu alqışlarla qarşılayıb. Göz yaşlarına hakim ola bilməyən Şoray "Həqiqətən də səmimi qəlbdən deyirəm. Həyatımın ən xoşbəxt anını yaşayıram. O qədər xoşbəxt oldum ki, inşallah bu qədər tərifə layiq ola bilmişəm. Mədəniyyət mərkəzinə addımın verilməsi mənə hisslərin ən ülvüsünü yaşatdı. Həyat boyu mənə bu şərəfi yaşadanlara çox təşəkkür edirəm. Ölmədən bu gözəlliyi yaşamaq hər kəsə nəsib olmur" deyə bildirib.
Mərasimdə çıxış edən Muratpaşa Bələdiyyə sədri Ümid Uysal binanın çox özəl olduğunu qeyd edib. Uysal onu da əlvə edib ki, tikilən nəhəng qüllələr əhəmiyyətli deyil, cəmiyyətdə nəyə yaradığı əhəmiyyətlidir:
“Bu mərkəzimiz heç bir binaya kölgə salmır. Əsərimizin hər kəsə nümunə olmasını istədik. Türkan Şoray oynadığı bütün filmlərində ədalətsizliklərə qarşı çıxıb. Oynadığı filmlərdə məzlumların tərəfini saxlayırdı. Türk kinosunun yaşayan əfsanəsinin adını bu səbəbdən seçdik. Cəmiyyətin bütün təbəqələrinin qucaqladığı bir sənətkar olduğu üçün onun adını verdik".
Bələdiyyə sədri Ümid Uysal da Türkan Şorayın çıxışı zamanı göz yaşlarına hakim ola bilməyib.
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO













.jpg)























