Magazin2
Məşhur müğənni 65 yaşlı kişini təpiklədi: “Ana-bacı söyüşü söyən...” - - VİDEO
Məşhur müğənni Halil Sezai 65 yaşlı kişini döyməsinin səbəbi barədə açıqlama verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Tuzlada çəkilişə etiraz etdiyi üçün 65 yaşlı qonşusu Hüseyn Meriçi döyməsinə aydınlıq gətirib.
Sezai qonşusunun onu hövsələdən çıxardığını və qeyri-etik sözlər işlətdiyini bildirib:
“Rejissorumuz Aytaç Ağırlarla birlikdə 6 nəfərlik heyətlə Youtube formatı üçün yemək tolk şousu hazırlayırdıq. Təəssüf ki, 5 aydır bir bölüm belə çəkə bilməmişik. Çünki bu 65 yaşlı kişi rejissorumuzla ədavəti üzündən bizə verilişi çəkdirməməyə and içib. 5 aydır içki içib qışqır-bağır salaraq bizi söyür. 5 aydır səbr etdik. Ana-bacı söyüşü söyən 65 yaşlı kişi indi çıxıb hər yerdə danışır. Danışsın. Silah çəkməyini, həyətimizə 30 nəfəri yığmağını hələ demirəm”.
Polisə ifadə verən ulduz sözlərinə belə davam edib:
“Gül-çiçəklə getdiyim evdə nəticə belə oldu. Kamera görüntülərini alıb öz söyüşlərini sildirməsi də məni təəccübləndirmədi. Etdiyim hərəkət “heyvanlıqdır”, buna heç nə demirəm. Tanıyanlar bilir ki, hədsiz səbrli və sakit insanam. Amma bu həddə gəlməyimin də səbəbi var. Çox heyfsilənirəm. Mafiya hekayələrini ağız dolusu danışan, pulu ilə hər kəsi satın ala biləcəyini düşünən adam üçün dəyməzdi. Mən bilmirəm ki, orada 50 dənə kamera var? Bilmirəm ki, şou jurnalistləri məni və ailəmi pis vəziyyətdə qoyacaq? Əlbəttə, bilirəm. Ancaq özümü saxlaya bilmədim. Aylardır davam edən bu qədər təhqirə daş olsaydı, dözməzdi.
Dünən ifadəmi verdim. Bütün detalları bir-bir danışdıq. Olan oldu, çox heyfsilənirəm. Hamıdan da üzr istəyirəm. Ondan da üzr istəyirəm. Hər nə olsa da, belə etməməli idim…”.
-
İdman06:46Məhkəmə sabiq futbolçu ilə bağlı həbs qərarı verdi
-
Magazin206:16Güllünü öldürməkdə ittiham edilən qızı saxlanıldı
-
MDB04:14Daha bir güclü zəlzələ Rusiyanı SİLKƏLƏDİ
-
Qoroskop01:41Günün ULDUZ FALI - Sevgi həyatında romantika artır
-
Dəb01:11Bu rəngli çəkmələr qışda TREND OLACAQ - FOTO
-
Magazin100:00Vüsalə Əlizadə rəqiblərinə MEYDAN OXUDU
-
İdman9 Dekabr 23:48Vanda Nara keçmiş əri ilə görüşdü - FOTO
-
Hadisə9 Dekabr 22:40Bakıda villada partlayış zamanı həlak olan Yadigarın FOTOSU




























.jpg)







