Avropa
Atlantikdə nələr baş verir? - Rusiya və Britaniyanın dalğalar altında döyüşü
“İkinci Dünya müharibəsindən sonra Böyük Britaniya ilk dəfə Atlantik okeanında Rusiyaya məğlub olmağa yaxındır”.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanı birinci lord Qvin Cenkins deyib.
Onun sözlərinə görə, Rusiya “milyonlarla itkilərə və Ukraynanın işğalına” rəğmən, dəniz qüvvələrinə, xüsusilə də Şimal Donanmasına sərmayə qoyub.
“İkinci Dünya müharibəsinin və “soyuq müharibə”nin başa çatmasından sonra Atlantik okeanında əldə etdiyimiz ütünlük təhdid altındadır. Gücümüz qalır, lakin uzunmüddətli deyil. Potensial düşmənlərimiz milyardlarla sərmayə yatırırlar. Biz səylərimizi gücləndirməliyik, əks təqdirdə üstünlüyü əldən verəcəyik”, - britaniyalı general bildirib.
Cenkins qeyd edib ki, son iki ildə Rusiyanın britaniya sularına müdaxiləsi 30 faiz artıb: “Dənizaltı kabellərin xəritələşdirilməsində şübhəli bilinən “Yantar” kimi casus gəmilərinin mövcudluğu bunu isbat edir. Lakin “Yantar” təhlükənin açıq şəkildə gördüyümüz hissəsidir, görünməyən tərəflər də var. Məni ən çox narahat edən dalğaların altında baş verənlərdir”.
O, Britaniyanın yeni texnologiyalardan istifadə edərək, “sualtı döyüş məkanında” müharibə apardığını da vurğulayıb.
Qeyd edək ki, noyabr ayında Rusiyanın “Yantar” casus gəmisi Britaniya sahillərində görünüb. London təhlükə yaranacağı təqdirdə, hərbi addımla bağlı xəbərdarlıq edib, Moskva isə buna kobudluqla cavab verib. Dekabrın 4-də Britaniya və Norveç Şimali Atlantik okeanında hər iki ölkənin donanmasının sualtı infrastrukturun qorunması məqsədilə birgə fəaliyyət göstərməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalayıb.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































