İdman
Məhkəmə sabiq futbolçu ilə bağlı həbs qərarı verdi
“Mançester Siti”nin keçmiş futbolçusu Co Barton təhqiramiz mesajlar göndərməkdə təqsirli bilinərək şərti cəza alıb.
Publika.az xəbər verir ki, ittihamlar ötən ilin yanvar və mart aylarında “X” sosial media hesabında edilən paylaşımlardan irəli gəlirdi.
Barton əvvəllər teleaparıcı Ceremi Vineni “velosiped sürən pedofil” və “pedofil müdafiəçisi” adlandırmışdı. Barton həmçinin televiziyada ekspert kimi çalışan keçmiş futbolçu Eniola Alukoya yönəlmiş “zərərli mesajlar”da ittiham olunurdu.
Noyabr ayında məhkəmə Bartonu 12 maddədən altısı üzrə təqsirli bilib. Konkret olaraq, keçmiş futbolçu qaradərili qadın Alukonun televiziyada yalnız şou üçün işlədiyini iddia etdiyi yazıya görə günahkar bilinib.
Məhkəmə Bartonu 18 ay müddəti ilə şərti olaraq altı ay həbs cəzasına məhkum etdi. “Mançester Siti” və “Nyukasl”ın sabiq oyunçusuna həmçinin 200 saatlıq ictimai xidmət göstərmək və məhkəmə xərcləri üçün 20,000 funt sterlinqdən çox pul ödəmək əmri verilib.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)






















