Magazin2
“Emmy” mükafatları yeni formatda təqdim olundu - FOTO
Sosial hadisələrin adi formata nə zaman qayıdacağını söyləmək çətindir - koronavirusun ikinci dalğası bunu uzun müddət gözləməli olduğumuzu göstərir. Buna baxmayaraq, pandemiya nüfuzlu musiqi və kino tədbirlərinin keçirilməsinə mane olmur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 72-ci dəfə keçirilən “Emmy” mükafatları dünən ABŞ-da yeni formatda öz sahiblərinə təqdim olunub.
Şou onlayn olduğundan qırmızı xalı keçidi ləğv edilib. Ancaq sosial şəbəkələr və televiziya yayımları sayəsində tamaşaçılar bəzi məşhurların şəkillərini qiymətləndirməyi bacarıb. Mərasimə Cenifer Eniston, Riz Uizerspun, Zendaya, Kerri Voşinqton və digər ulduzlar qatılıb. Mükafatın formatı həmişəkindən seçilsə də, bir çox ulduz mərasimə xüsusi hazırlıq görüb. Bəziləri onlayn yayıma dəbdəbəli geyimdə qoşulub, digərləri isə rahat, hətta ev geyiminə üstünlük verib.
“Emmy” mükafatlarının sahibləri
Ən yaxşı komediya serialı – “Şitts Krik” (Pop TV)
Komediya serialında ən yaxşı aktyor – Yudcin Levi - “Şitts Krik”
Komediya serialında ən yaxşı aktrisa – Ketrin O'Hara, “Şitts Krik”
Ən yaxşı dram serialı – “Varislər” / (HBO)
Dram serialında ən yaxşı aktyor – Ceremi Stronq, “Varislər”
Dram serialında ən yaxşı aktrisa – Zendaya, “Eyforiya”
Ən yaxşı televiziya filmi – “Qüsursuz”
Ən yaxşı mini serial – “Gözətçilər” (HBO)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?







.jpg)





























