Magazin2
İordaniya şahzadəsi Nyu-Yorklu iş adamına ərə gedir
Kral II Abdullah və kraliça Ranianın qızı, İordaniya şahzadəsi İman evlənir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadəninn seçimi Venesuela əsilli maliyəçi Cəmil Aleksandr Tarmiotisdir. İş adamı 25 yaşlı şahzadədən iki yaş böyükdür və Nyu-Yorkda vençur kapitalı fondunun idarəedici tərəfdaşıdır.
Kraliça Rania qızının nişanlandığı xəbərini İnstaqram səhifəsində elan edib.
“Təbriklər, əziz İman! Doğulduğun gündən bəri qiymətləndirdiyim təbəssüm həmişə sevgi hədiyyəsi olub. Cəmilə və sənə sevgi və gülüş dolu bir həyat arzulayıram!”, - kraliça qeyd edib.
Kraliça Ranianın özü də zadəgan ailəsindən deyil: o, həkim ailəsində dünyaya gəlib. Kraliça Rania 1993-cü ildə İordaniya kralı II Abdullah ilə bacısının verdiyi ziyafətdə tanış olub. II Abdullahın dediyinə görə, o, gələcək həyat yoldaşına ilk baxışdan aşiq olub. Qız əvvəlcə qarşılıq verməkdən çəkinib. Ancaq tezliklə kral gələcək həyat yoldaşının qəlbini fəth edə bilib və onlar 1993-cü ildə evləniblər. Cütlüyün dörd övladı var: oğulları Hüseyn və Haşim, qızları İman və Salma.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub







.jpg)







.jpg)

.jpg)

















.jpg)



