Emin Ağalarov həyat yoldaşının ad gününü belə təbrik etdi - FOTO
Bizi izləyin

Magazin2

Emin Ağalarov həyat yoldaşının ad gününü belə təbrik etdi - FOTO

Müğənni Emin Ağalarov boşandıqdan sonra yenidən bir araya gəldiyi həyat yoldaşı Alena Qavrilovanı ad günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, modelin 35 yaşı tamam olub.

Sənətçi ailə fotolarını sosial şəbəkə hesabında yerləşdirib. “Ad günün mübarək sevgilim” - deyə ifaçı yazıb.

Müğənni bir neçə ildən sonra ilk dəfə pərəstişkarlarına həyat yoldaşı və qızı ilə fotosunu nümayiş etdirib. Cütlüyün 31 dekabr 2018-ci ildə doğulan Afina adlı qızları var.

Emin Ağalarov və Alena Qavrilovanın yenidən bir araya gəlməsi ilə bağlı şayiələr 2021-ci ilin noyabrında ortaya çıxıb. Yeni layihəsinin təqdimatında keçmiş həyat yoldaşına dəstək olmaq üçün gələn model kameralardan gizlənməyərək onunla əl-ələ tutub. 2021-ci ilin dekabrında müğənni qızı və anası ilə birlikdə ailəni nümayiş etdirdiyi Yeni il mahnısı üçün bir video yayımlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm