Magazin2
Bill Qeytsin keçmiş həyat yoldaşı boşanma barədə: “Bu nikahda qala bilməzdim”
“Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeyts “Fortune” nəşrinə müsahibəsində milyarderlə 27 illik evliliyini bitirmə səbəblərindən danışıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarderin keçmiş xanımı nikahı davam etdirmək gücündə olmadığını dilə gətirib:
“Artıq bu nikahda qala bilməməyimin bəzi səbəbləri var idi. Mövcud vəziyyət bir çox cəhətdən inanılmaz dərəcədə ağrılı idi” , - Melinde qeyd edib.
Qeyts pandemiyanın ona özünü dinləmək, boşanma stresini aşmaq və etməli olduğunu edə bilmək üçün fürəst verdiyini bildirib. Cütlük 2021-ci ilin mayında boşandıqlarını elan edib, lakin Bill və Melinda hələ də “Gates” Fondunun həmsədrləridir.
“Mən uzaqlaşdığım insanla işləməyə davam etdim və hər gün əlaqə saxlamalı və ən yaxşı tərəfimi göstərməli idim”, - o, müsahibədə deyib.
Melinda keçmiş əri və onların fond həmkarları ilə virtual görüşlərdən əvvəl səhər bir neçə dəfə ağladığını söyləyib və əlavə edib ki, fond onu həmişə yaxşı formada qalmağa həvəsləndirir.
Onun sözlərinə görə, boşanma zamanı uşaqlarını qorumaq ən böyük qayğısı olub. Cütlüyün üç övladı var və onların hər birinə 10 milyon dollar miras qalacaq.
Qeyd edək ki, boşanma səbəbi kimi, Billin təcavüzə görə məhkum edilmiş Ceffri Epşteyn ilə əlaqəsi, eləcə də onun “Microsoft”un baş direktoru olarkən tabeliyindəki xanımlarla cinsi əlaqədə olması göstərilib.
2022-ci ildə Bill Qeytsin sərvəti 103,1 milyard dollar, Melinda Qeytsin sərvəti isə 2 milyard dollar olaraq qiymətləndirilib. Qeyts bu yaxınlarda sərvətini xeyriyyə fonduna bağışlamaq niyyətində olduğunu açıqlayıb.
Boşandıqdan sonra Melinda keçmiş ərindən təxminən 5,5 milyard dollar dəyərində səhmlər və qiymətli kağızlar alıb. İndi Melinda ABŞ-da qadınların həyatını və karyerasını yaxşılaşdırmaq məqsədi daşıyan Pivotal Ventures investisiya təşkilatında çalışır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





