Magazin2
İki diva söz davasına çıxdı
Türkiyəli müğənni Bülənt Ərsoyla həmkarı Ajda Pekkan bir-birinə sərt mesaj göndəriblər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, efirlərin birində Ajdanın cavan qalması ilə bağlı fikirlərə münasibət bildirmək üçün Ərsoy canlı yayıma qoşulub. O, deyilən fikirlərə "Ajdanın harası "daş" kimidir? Onun üst-üstə geyindiyi corabları atam da geyinsə, ayaqları gözəl görünər" cavabını verib.
Bundan başqa Ərsoy həmkarının biletləri satılmadığı üçün Almaniyadakı 3 konsertinin də ləğv olunduğunu iddia edib.
Bundan sonra ulduzlar bir-birinə instaqram üzərindən ismarış göndərməyə başlayıb. Açıqlamaların ardından Pekkan sosial media hesabında "Kimi səbirdən susar, kimisi sayğıdan, kimi də sevgidən" sözlərini yazaraq haqqında deyilən sözlərə cavab verib.
Ərsoy isə "Hər susmaq sayqı, sevgi, hörmət deyil! Hər susan ədəbindən deyil, bəzən günahkar olduğu üçün susar. Hər cür pislik et, sonra da fağırı, günahsızı oyna" , - instaqramda yazıb.
İddia olunur ki, ulduzlar arasında yaranan gərginliyin səbəbkarı modelyer Burcu Sedef olub. Bülent Ersoyun sözlərinə görə, modelyer bir gündə ikisi ilə görüş təyin edib. Lakin Ajda pekkan Burcu Sedefi uzun müddət saxladığı üçün Bülent Ersoy gözlməli olub.
“Modelyer ona iki dəfə deyib ki, Bülənt xanımla görüşümüz var, özünü eşitməzliyə vurub. Hər şey bitsə də, yeni istəklər gəlib. Ayaqlarının dartılması üçün üçün bir-birinin üstünə iki varikoz corabı geyinir. Bunu mənə modelyer dedi. Bəhanə edir ki, bir ayağı daha qalın, bir ayağı daha nazikdir, tikiş izləri var. Onu ört-basdır etmək üçün çəkmələr geyinir. Bunların gerçək olub-olmadığını ən yaxşı Ajda xanım bilir. Dərzisi arxasında nələr danışıb. Axşam saat 9-a qədər onu evində saxlayıb, bu, bir oyundur. Ajda xanımın Bizans oyunları var. Sedefin ağzı boşdur. Onu satan məni də sata bilər. Bu vəziyyətdən sonra artıq mənə baxa bilməyəcəyini və ona hər yerdən qadağa qoyduğumu bilir. Mən heç vaxt paltar ona tikdirmərəm”, - Bülent Ersoy bildirib.
Qeyd edək ki, bu, ikili arasında yaşanan birinci qalmaqal deyil. Tərəflər arasında 6 il əvvəl yaranan gərginlik məhkəməyə qədər getmişdi.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






