Magazin2
Bred Pitt 59 yaşını gənc gözəllə qeyd etdi - FOTO
Hollivudun ən seksual aktyoru Bred Pitt 59 yaşını 29 yaşlı gənc sevgilisi İnes de Ramon ilə qeyd edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş xanımı Ancelina Coli boşanandan bəri adı bir çox ulduzlarla hallansa da, aktyor bu vaxta qədər heç bir qadınla birlikdə görüntülənməmişdi. Nəhayət ki, gözlənilən an çatdı. Belə ki, ötən gün cütlük paparatsilərin kameralarına tuş gəlib.
Aktyorun yaxınlarının sözlərinə görə, onların münasibətləri ciddidir. Bəzi pərəstişkarları əmindirlər ki, sağlam qidalanma mütəxəssisi olan İnesin Paul Uesli ilə üç illik evliliyindən sonra boşanmasının səbəblərindən biri Bred Pitt olub.
"People" jurnalında yayımlanan məqalədə isə deyilir ki, onlar Milad və Yeni İli də birlikdə qeyd etməyə hazırlaşırlar: "Bu, sadə flirt deyil. O, İnesi ciddi qəbul edir. Hətta o, yenidən evlənmək və daha çox uşaq sahibi olmaq barədə düşündüyünü deyir... Bu, həqiqi sevgidir".
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)