29 yaşlı qız məşhur aktyordan hamilə qaldı - FOTO
Bizi izləyin

Magazin2

29 yaşlı qız məşhur aktyordan hamilə qaldı - FOTO

Məşhur aktyor Al Paçino sevgilisinin hamilə olduğunu eşidəndə təəccüblənib.

Publika.az xəbər verir ki, bu barədə "Pagesix" məlumat yayıb.

83 yaşlı sənətçi son zamanlar sonsuz olduğuna əmin olduğu üçün sevgilisi Nur Əlfallahın uşağının atası olması onda şübhələr yaradır. Nəşrin məlumatına görə, ictimaiyyət Al Paçinoya görə sevinib, ona təbriklər göndərib. Amma o, sevgilisindən atalıq testi tələb edib.

Mənər bildiriblər ki, ulduzun hazırda səhhətində problemlər var və bu səbəbdən o, artıq ata ola bilməyib. Amma Al Paçinonun keçmiş həyat yoldaşındanq üç övladı var. 29 yaşlı sevgilisindən hamiləlik xəbərini öyrəda uşaq 8 aylı olub.

Al Paçino və Mik Caqqerin keçmiş sevgilisi ilə bağlı şayiələr 2022-ci ilin aprelində ortaya çıxdı. Cütlük Venesiyada birlikdə nahar edərkən görüntülənib.

“Əsasən, o, çox zəngin yaşlı kişilərlə görüşür... O, bir müddət Al Paçino ilə idi və onlar çox yaxşı anlaşırlar. O, atasından böyük olsa da, yaş fərqi heç bir problem yaratmır”, - deyə insayderlər bildiriblər.

Aktyorun bir neçə ay əvvəl Nur Əlfallahdan ayrıldığı da bildirilib.

Hüeyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm