Magazin2
Gənc sevgilisindən 83 yaşında ata olmağa hazırlaşan məşhura qadağa!

Al Paçino həmişə qadının zərif enerjisindən həyəcanlandığını deyirdi. Demək olar ki, onun seçdiyi bütün insanlar zərifliyi, təvazökarlığı və zərifliyi ilə seçilirdi. Amma dörcdüncü övladını dünyaya gətirməyə hazırlaşan 29 yaşlı Nur Əlfallah onu xəyal qırıqlığına düçar edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, aktyordan hamilə qalan qız "xaç atası"na şərt qoyub. Belə ki, o, Paçinonun keçmiş sevgilisi - 46 yaşlı Lüsil Solanın bir daha onların evlərinə gəlməməsini tələb edib.
Paçino və keçmiş sevgilisi dörd il görüşüblər, 2015-ci ildə ayrılıblar, lakin o vaxtdan bəri dostluq münasibətlərini qoruyub saxlayıblar. Üstəlik Paçino Lüsilin “Leonardo Di Kaprionun ən uzun nişanlısı” kimi tanınan model qızı Kamila Morronun ögey atası olub.
"Son bir neçə ay ərzində Nurun Al ilə münasibətləri ciddiləşdi. Bundan sonra Lüsil ilə Paçino münasibətlərində soyuqluq yarandı. Nur Lüsili Aldan uzaq tutmaq üçün əlindən gələni edir. Lusillə Nur arasında gərginlik son aylarda hər iki tərəfdən yaranan narazılıq səbəbindən artıb. Nurun hamiləliyi xəbəri Lüsilə pis təsir edib. Çünki onun hələ də Paçinoya qarşı incə hissləri var, aktyorun isə gənc qızla münasibətləri nəzarətdən çıxıb" - Daily Mail-ə müsahibəsində anonim mənbə iddia edib.
"Bir şey dəyişməli idi və Lüsil Alın yenidən ata olacağını bilən kimi, ondan uzaqlaşdı" , - insayder yekunda qeyd edib.
İddia olunur ki, Paçino daha gənc sevgilinin bu davranışından sonra özündən çıxıb. Mənbələr gərginliyin artdığını, hətta Alın bir neçə gün əvvəl Əlfallahdan atalıq testi istədiyini irəli sürüb. Və bu, bildiyiniz kimi, münasibətlərində sevgi və qarşılıqlı anlaşma hökm sürən münasibətlər üçün yolverilməzdir.





-
Maraq dünyası19:51
Mask türkcə bilən işçi axtarır - Maaşı...
-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH