Türkiyəli ulduzlar gecədə göz qamaşdırdı - FOTO LAR
Bizi izləyin

Magazin2

Türkiyəli ulduzlar gecədə göz qamaşdırdı - FOTO LAR

Türkiyədə və dünyada musiqi sənayesinin ən güclü səslərini müəyyənləşdiyi "Power Music Awards"ın qalibləri müəyyənləşib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qaliblər dünən Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən möhtəşəm mükafatlandırma mərasimində elan edilib. Kino və musiqi aləminin bir çox nümayəndələrinin iştirak etdiyi gecədə əvvəlcə "Power Group" idarə heyətinin sədri Cem Hakko açılış nitqi ilə çıxış edib. Daha sonra səhnəyə Beren Saat təşrif buyurub və "Power"in keçmişdən bu günə qədərki fəaliyyətlərindən söz açıb. Aktrisanın həyat yoldaşı, pop musiqisinin əfsanəvi müğənnisi Kənan Doğulu həm zalda, həm də ekranda səhnə performansı ilə unudulmaz şou nümayiş etdirib.

Musiqisevərlərin səsverməsi ilə müəyyənləşən Türkiyənin ən güclü adlarına 12 kateqoriya üzrə mükafatları təqdim edilib. Gecədə "Ömür Boyu Müvəffəqiyyət Mükafat" Sezen Aksuya verilib.

Müğənni Hadisə ilə reper Murda isə mərasimdə "İmdat" mahnısına görə "Ən yaxşı əməkdaşlıq" mükafatına layiq görülüblər.

"İlin ən güclü qadın sənətçi" mükafatını isə İrem Derici qazanıb.

Bir çox əlamətdar hadisələrlə yaddaqalan gecədə aktyor Cem Yılmazın zarafatları mərasimə xüsusi rəng qatıb. Belə ki, "İlin mahnısı" mükafatını elan edən Yılmaz Mabel Matizi səhnəyə dəvət edərkən "Nihat Doğan & Mabel Matiz" deyib. Buna səbəb Mabel Matizin Mert Dəmirlə "Antidepressant" duetini ifa edənlər arasında Nihat Doğanın da olmasıdır. Belə ki, Nihat Doğanın "Antidepressant" ifası günlərlə sosial mediada müzakirə olunmuşdu.

Tədbir dünyaca məşhur musiqi qrupu SNAP!-ın xüsusi çıxışı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm