Magazin2
Məşhur müğənnidən tükürpədici sözlər: "Köynəyimin düymələrini qopardı, sonra..."

Məşhur müğənni Kibariyə 13 yaşında çıxış etdiyi restoranda təcavüzə məruz qalmaq təhlükəsi ilə üzləşdiyini etiraf edib.
Publika.az xəbər verir ki, sənətçi bu barədə "Gökay Kalaycıoğlu ile 360 Derece" verilişinə qonaq olarkən deyib. Müğənni bildirib ki, Muğlada çıxış etdiyi restoranda bir nəfər ona aşiq olub:
"Ad vermək istəmirəm, mənə aşiq olmuşdu, köynəyimin düymlərini qoparı yaxamı açdı, çox pis şeylər ola bilərdi, çox qorxmuşdum. 13 yaşım tamam olmuşdu. Yediyim cacığın (məzə) içinə yuxu dərmanı atmışdılar. Zeyno abla deyə bir qadın var idi, həmin qadın məni xilas etdi. O zaman telefon yox idi, məktubla xəbərləşirdik. Məktub yazdıqdan sonra anam-atam məni gəlib aldı. Ondan sonra o işə orda son verdim. Qorxmuşdum, o yaşda nə eşqi, ailəmə, bacı-qardaşlarıma baxmaq üçün o işə çıxmışdım".
Yanıq səsi ilə məşhur olan ifaçı çətin keçən uşaqlığından da söz açıb:
"Anamı alıb sinəmdə gizlədə bilərəm. Onu çox sevirəm. Qardaşlarım da. Ölmüş birinin arxasından bu qədər danışılmaz, günaha girirəm, amma atam məni çox döyürdü. O, belimdən kəmərlə vurardı. Atamı da anamı çox sevirəm. Döydüyü üçün aramızda soyuqluq yaranmışdı. Ömrümdə heç vaxt uşağımı vurmamışam, qışqırmamışam. Çünki çox əziyyət çəkmişəm. Rahat və xoşbəxt deyildim".

-
Nida Xəbər 11:04
Bakı İqor Kartavıxı azad etdi - Moskva da bir azərbaycanlını sərbəst buraxdı
-
Rəsmi xronika10:57
Prezident Düşənbədə mühüm iclasda iştirak edir - YENİLƏNDİ/VİDEO
-
Nida Xəbər 10:38
Əliyevlə Putin qeyri-rəsmi görüşdə belə qucaqlaşdılar - VİDEO
-
İqtisadi gündəm10:14
Dünyada yumurtanın ən ucuz olduğu ölkələr: Azərbaycan da var
-
Sosial09:32
Qalmaqallı məktəb direktoru işdən azad edildi
-
Səhiyyə08:48
İmmuniteti dərmansız belə gücləndirmək olar - SİRR AÇILDI
-
Kriminal08:24
Azərbaycanda toyda qan töküldü - ÖLƏN VAR
-
Sosial07:17
Bu gün leysan yağacaq