İdman
Ronaldo tezliklə FUTBOLDAN GEDİR - “Ağlayacağam”
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştian Ronaldo karyerasını tezliklə başa vuracağını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "YouTube"da jurnalist Pirs Morqana verdiyi müsahibə zamanı danışıb.
“Tezliklə karyeramı bitirəcəyəm. Amma düşünürəm ki, buna hazıram. Bəli, bu, çətin olacaq. Ağlayacağammı? Bəli. Bu, çox ağır olacaq, lakin mən 25–27 yaşlarımdan gələcəyimə hazırlaşmışam”, – deyə Ronaldo bildirib.
Ötən mövsümdə Ronaldo “Əl-Nasr” klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Hazırkı mövsümdə Səudiyyə klubu 5 oyunda 15 xal toplayaraq ölkə çempionatının turnir cədvəlinə başçılıq edir.
Ronaldo ailəsi ilə birlikdə 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanına köçüb və həmin vaxtdan “Əl-Nasr” komandasının hücumçusu kimi çıxış edir. Ölkədə evlilik olmadan kişi və qadının eyni evdə yaşaması qadağan olsa da, əfsanəvi futbolçuya istisna edilib və uşaqlarının anası ilə birlikdə yaşamasına icazə verilib.
Hüseyn İbadlı
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər






























.jpg)


