Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
Bizi izləyin

Dünya

Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO

Meksika prezidenti Klaudiya Şeynbaum paytaxt küçələrində ictimaiyyətlə görüşərkən bir kişi tərəfindən fiziki hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə mobil telefon kameraları ilə qeydə alınıb.

Şahidlərin sözlərinə görə, sərxoş olduğu düşünülən bir kişi Şeynbauma arxadan yaxınlaşıb, prezidentə toxunub və onu öpməyə çalışıb.

Görüntülərə əsasən, Şeynbaum kişini yavaşca itələyib və soyuqqanlı şəkildə "Narahat olmayın" deyib.

Rəsmi şəxslər tez bir zamanda müdaxilə edərək kişini uzaqlaşdırıblar. Lakin hadisə zamanı prezidentin şəxsi mühafizə qrupunun olmaması ictimai müzakirələrə səbəb olub. Ölkənin prezident aparatı hadisə ilə bağlı suallara cavab verməyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm