Şahzadə məşhur aktrisaların qarşısında yöndəmsiz duruma düşdü
Bizi izləyin

Magazin2

Şahzadə məşhur aktrisaların qarşısında yöndəmsiz duruma düşdü

Böyük Britaniya kralı III Çarlzın oğlu və taxtın varisi Şahzadə Uilyam Britaniya Kino Akademiyasının (BAFTA) mükafatlandırma mərasimində çətin vəziyyətə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məsələ ondadır ki, şahzadə aktrisalarla, daha dəqiq desək, "Sekslə necə məşğul olmaq" roluna görə "Parlayan Ulduz" mükafatını alan Miey Makkenna-Brüs ilə ünsiyyətdə səhvə yol verib. Şahzadə gülümsəyərək aktrisaya "Hələ filminizə baxmamışam, amma deyəsən, çəkiliş zamanı çox gözəl vaxt keçirmisiniz" deyib.

Miey Makkenna-Brüs və həmkarları bu sözlər qarşısında təəccübünü gizlədə bilməyib. Çünki filmin süjetində aktrisanın canlandırdığı qəhrəman - Krit adasına dostları ilə dincəlməyə gələn bakirə Tara təcavüzə məruz qalır.

Xoşagəlməz durumu aradan qaldırmaq üçün Şahzadə Uilyam bütün filmlərə baxmağa vaxtının olmadığını, lakin bu il Akademiyanın münsiflər heyətinin nə qədər güclü filmlər seçilməsindən çox təsirləndiyini qeyd edib. Həmçinin bu dialoqdan az əvvəl şahzadə digər işlərlə çox məşğul olduğundan mərasimə dəvəti çox gec qəbul etməli olduğunu dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm