Məşhur müğənni vətənini etibarsız ölkə adlandırdı
Bizi izləyin

Magazin2

Məşhur müğənni vətənini etibarsız ölkə adlandırdı

Daşkənddə anadan olan müğənni Nərgiz Zakirova Özbəkistanı etibarsız ölkə adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb. O, abunəçisinin Özbəkistandan qovulub-qovulmadığı ilə bağlı sualına belə cavab verib: "Doğru deyil. Bütün etibarsız ölkələri mən özümdən qovmuşam".

"EADaily" xəbər verir ki, noyabrın sonunda Nərgiz Zakirova prankerlər Vladimir Kuzneçov və Aleksey Stolyarov ilə söhbətində Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etdiyini və Rusiya pasportunu yandırmağa hazır olduğunu etiraf edib. Nərgiz özünü ABŞ vətənpərvəri adlandırıb. O, müsahibəsində həm də Maksim Fadeyevlə işləyərkən çəkdiyi əzablardan danışıb, müğənninin sözlərinə görə, prodüser hələ də onun işlərinə mane olmağa çalışır. Müğənni bədəninə Zelenski və Stepan Banderanın döyməsini etdirməyə də hazır olduğunu bildirib.

Bu açıqlamalarından sonra Nərgizin konsertləri ləğv edilib. Dekabrın 1-də Nərgiz Dubayda səhnəyə çıxmalı idi. Konsert ərəfəsində bilet satışı üçün elektron platformalardan biri aksiya elan edib: Nərgizin konsertinə iki bilet alanda daha ikisi pulsuz olub. Buna baxmayaraq, konsert baş tutmayıb.

Sonra sənətçinin bütün Avropa turu ləğv edilib. Müğənninin sözlərinə görə, bilet satışının az olması səbəbindən tamaşaların ləğv olunması xəbəri çirkin yalandır və təşkilatçılardan konsertlərinin ləğv olunmasını Rusiya hakimiyyəti tələb edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm