Burakın Moskvadakı çıxışı gündəm oldu: "Dünyada türklərin..."
Bizi izləyin

Magazin2

Burakın Moskvadakı çıxışı gündəm oldu: "Dünyada türklərin..."

Burak Özçivit ailəcanlı insan olduğunu etiraf edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Moskvada qatıldığı tədbirdə izləciyilərin və jurnalistlərin suallarını cavablandıran 39 yaşlı aktyor övladlarına və xanımı Fahriye Evcenə bağlılığından söz açıb. Burak Özçivit həm də uğur qazanmaq istəyən gənclərə də tövsiyə verib.

"Nə edirsinizsə edin, işinizə inanın. Çox çalışın. Problemlər qarşısında təslim olmayın, uğur davamlılıqdadır. Özünüzü tanıyın, yaxşı ünsiyyət qurun və empatiya qurmağı öyrənin. İşimə görə at sürməli, qılınc tutmalı və hərəkətləri bilməliyəm. Əgər bunları bilirsinizsə, bu işlərə başlaya bilərsiniz... Türk serialları xaricdə çox populyardır. Teleserialların çəkiliş şəraiti kifayət qədər ağırdır. Normalda 6 gün işləyirik və 1 gün istirahət edirik. Əslində biz seriallarda çox qısa zamanda sanki film çəkirik. Türklərin təbiətində praktiklik var, bu bizim üstünlüyümüzdür. Bütün dünyada türklərin ön plana çıxmasının səbəbi budur. Biz özümüzü fəda edirik və çox çalışırıq. Boş vaxtım çox olmur, amma çəkilişdən sonra qalan vaxtımı ailəmə, övladlarıma, sevdiklərimə həsr edirəm. Ailə olmaq həyatda ən vacib şeylərdən biridir. Həyatımda ən böyük dəyər ailəmdir. Mən onlarla qürur duyuram.

Həyatda istədiyiniz qədər plan qurun, həyat sizi başqa yerlərə apara bilər. Əsas odur ki, istədiyinizi və axtardığınızı tapasınız. İllər əvvəl model kimi fəaliyyətə başlamışam. Vaxt keçdi, aktyorluğa başladım, 17-18 il əvvəl seriallarda çəkildim, təcrübə topladım və bu günə gəldim. Bu, çox planlaşdıra biləcəyiniz bir şey deyil. Etdiyiniz işi qiymətləndirmək, hörmət etmək və ən yaxşını etmək vacibdir", - Burak çıxışında bildirib.

Qeyd edək ki, martın əvvəllərində Rusiyada səfərdə olan kino ulduzu böyük coşqu ilə qarşılanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm