Məşhur aktyorun qızına qorxulu diaqnoz qoyuldu - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur aktyorun qızına qorxulu diaqnoz qoyuldu - VİDEO

Brüs Uillis və Demi Murun kiçik qızı, 30 yaşlı Tallula Uillisə autizm diaqnozu qoyulub.

Publika.az xəbər verir ki, temporofrontal demensiyadan əziyyət çəkən aktyorun qızı bu barədə sosial şəbəkədə danışıb.

Tallula atası ilə arxiv videosunu paylaşaraq “Autizminiz haqqında danışmadan mənə autizminiz haqqında danışın” sözlərini yazıb.

Tallula qeyd edib ki, autizmi olduğunu keçən yay öyrənib və bu, onun həyatını dəyişib. Uills əlavə edib ki, ilk dəfədir ki, xəstəlik haqqında açıq şəkildə danışır.

Qeyd edək ki, məşhur cütlüyün qızı həm də uzun müddət aroneksiyadan çəkib. Səhhətindəki problemlərə baxmayaraq, Tallula dolğun həyat sürür: onun sevgilisi var, ailəsi ilə vaxt keçirir və ictimai tədbirlərdə iştirak edir. Bu yaxınlarda Demi Murun kiçik qızı anası və bacıları ilə "Vanity Fair" gecəsində iştirak etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm