Məşhur müğənni baba oldu - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni baba oldu - FOTO

Gürcü əsilli rusiyalı müğənni Valeri Meladzenin qızı Sofiko ilk dəfə ana olub.

Publika.az xəbər verir ki, bu barədə onun bacısı Arina İnstaqram səhifəsində məlumat verib.

O, “17 saylı Doğum Evi”nin fotosunu yayımlayıb. Sofiko Meladze 2022-ci ilin sentyabrında Savva Baibakovla ailə qurub. O, bacısı ilə birlikdə restoran biznesi ilə məşğuldur: 2022-ci ildə onlar "Omela" adlı restoran və şərab barının fəaliyyətə başladığını elan ediblər.

Qeyd edək ki, Sofiko, İnqa və Arina, Valeri Meladzenin ilk həyat yoldaşı İrina Meladzedən olan qızlarıdır. Meladzenin hazırkı həyat yoldaşı Albina Canabayevadan da üç övladı var: oğulları Konstantin ilə Luka və qızı Aqata. Bu yaxınlarda internetdə onların ayrılması ilə bağlı şayiələr yayıldı, lakin Canabaeva bunu təkzib etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm