Şakira yaraşıqlı aktyorla belə görüntüləndi - FOTO
Bizi izləyin

Magazin2

Şakira yaraşıqlı aktyorla belə görüntüləndi - FOTO

Məşhur müğənni Şakira "Emily in Paris" serialının yaraşıqlı aktyoru Lüsyen Laviskont ilə birlikdə restorandan çıxarkən görüntülənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük dünən Nyu-Yorkda dəbdəbəli italyan restoranında romantik şam edib.

Qeyd edək ki, 31 yaşlı aktyor 47 yaşlı kolumbiyalı sənətçinin bu yaxınlarda təqdim etdiyi "Punteria" klipində də rol alıb. Paparatsilərin kameralarına tuş gələn ulduzlar jurnalistlərin suallarına cavab vermədən maşına əyləşiblər.

Yeri gəlmişkən qeyd edək ki, Şakira keçmiş sevgilisi, iki oğlunun atası Jerar Pike ilə də "Waka Waka" klipin çəkilişlərində tanış olub. Onlar 2022-ci ildə çox qalmaqalı şəkildə ayrılıblar. Ayrılığa səbəb futbolçunun özündən 10 yaş böyük sevgilisinə daha gənc qızla xəyanət etməsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm